London klubu dünya çempionu olmuş qapıçının müqaviləsini ləğv edib
İngiltərənin "Tottenhem" klubu qapıçısı Uqo Lyorislə yollarını ayırıb.
"Olimpsport" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 37 yaşlı qolkiperin müqaviləsini ləğv edib.
Təcrübəli oyunçu karyerasını ABŞ-nin "Los-Anceles" komandasında davam etdirəcək.
Qeyd edək ki, 2012-ci ildən "Tottenhem"də çıxış edən Lyorisin sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatmalı idi. O, 2018-ci ildə Fransa millisi ilə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub. Qapıçı ilin əvvəlində yığma karyerasını bitirdiyini açıqlamışdı.