Şahmat üzrə dünya çempionatı: Rusiyalı şahmatçılar razılaşdırılmış heç-heçəyə görə xal qazana bilməyiblər
Özbəkistanın Səmərqənd şəhərində keçirilən dünya çempionatında rusiyalı şahmatçılar Daniil Dubovla Yan Nepomnyaşi heç-heçə etsələr də, xal qazana bilməyiblər.
"Olimpsport" xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qrossmeysterlər bilərəkdən bərabərliyə razılaşdıqları üçün yarışın baş hakimi İvan Surovı bu addımı atıb.
Blits turnirində 11-ci turun qarşılaşmasında şahmatçılar atlarla bir neçə gediş ediblər və sonra fiqurları ilkin vəziyyətlərinə qaytararaq heç-heçəyə razılaşıblar.
Hər iki idmançı qərardan apellyasiya şikayəti verib.