"Qalatasaray" - "Fənərbağça" matçı ləğv olunub - SƏBƏB
Səudiyyə Ərəbistanı Mustafa Kamal Atatürklə bağlı pankartların açılmasına icazə verməyib.
"Olimpsport" xəbər verir ki, Türkiyə Gənclər və İdman naziri Osman Aşkın Bak, Mehmet Büyükekşi, Ali Koç və Dursun Özbek arasında gedən danışıqlar nəticəsində komandalar İstanbula qayıdıb.
Qeyd edək ki, matçın başlaması nəzərdə tutulan vaxta dəqiqələr qalsa da, start heyətlər açıqlanmayıb, komandalar stadiona gəlməyib. Stadiondakı azarkeşlər "Mustafa Kamal Atatürkün əsgərləriyik" deyə qışqıran zaman səsucaldanlardan musiqi səsi yüksəlib.