"Barselona" klubunun futbolçusu belindən əməliyyat olunub

İspaniyanın "Barselona" klubunun futbolçusu Markos Alonso əməliyyat olunub.

"Olimpsport" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi dekabrın əvvəlində belindən aldığı zədəyə görə cərrahi müdaxiləyə ehyiyac duyub.

Onun təxminən martda yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, Markos Alonso cari mövsüm komandada 7 oyuna çıxıb.