“Neftçi” heyətini türkiyəli basketbolçu ilə gücləndirib
“Neftçi” klubu heyətini yeni basketbolçu ilə gücləndirib.
"Olimpsport" AZƏRTAC-a istinadən xəbər verir ki, “ağ-qaralar” türkəsilli Ulaş Can Turqutu transfer edib.
20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan oyunçunun son klubu Türkiyə təmsilçisi “Darüşşafaka Lassa” olub. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, “Neftçi” ölkə çempionatında 9 turdan sonra 15 xalla dördüncü pillədə qərarlaşıb.