“Gəncə” klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
“Gəncə” voleybol klubu daha bir oyunçu ilə yollarını ayırıb.
"Olimpsport" xəbər verir ki, rusiyalı voleybolçu Anna Dmitrieva ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Voleybolçu cari mövsümün əvvəlində Rusiyanın “Peterburq-Qaz” klubundan transfer olunmuşdu.
Qeyd edək ki, "sarı-göylər" daha əvvəl digər rusiyalı voleybolçu - Anna Balberova ilə vidalaşıb.