İngiltərə Premyer Liqasında son üç mövsümdə ən çox zərər etmiş klublar müəyyənləşib

İngiltərə Premyer Liqasında çıxış edən klubların son üç mövsümün açıq hesabatına əsasən maliyyə səmərəliliyinin reytinqi tərtib edilib.

"Olimpsport" yerli "LondonWorld" nəşrinə istinadən xəbər verir ki, bu müddət ərzində ən çox zərər etmiş komandalar açıqlanıb.

Birinci pillədə maliyyə pozuntularına görə 10 xalı silinən "Everton" qərarlaşıb. Mersisayd təmsilçisinin 520 milyon funt sterlinq zərər göstərici var.

İlk "3-lük"də "Çelsi" (409 milyon funt sterlinq) və "Aston Villa" (306,6 milyon funt sterlinq) yer alıblar. "Mançester Yunayted" 302,3 milyon funt sterlinq zərərlə 4-cü, "Fulhem" isə (197,5 milyon funt sterlinq) 5-ci olub.