AFFA Məşqçilər Komitəsinin üzvləri Türkiyəyə getməyəcəklər
AFFA Məşqçilər Komitəsinin üzvləri qış fasiləsi zamanı Türkiyədə təlim-məşq toplanışında olan klubların düşərgəsinə baş çəkməyəcəklər.
"Olimpsport" xəbər verir ki, bu barədə komitənin sədri Vaqif Sadıqov məlumat verib.
Təcrübəli mütəxəssis bildirib ki, həm komandaların yarısının Türkiyədə toplanış keçməsi, həm də qış hazırlığının qısa olması səbəbindən komitə üzvləri klubların ölkə daxilindəki yoxlama görüşlərini izləyəcəklər: “Buradakı oyunların hamısını izləyəcəyik. Ümumiyyətlə, Məşqçilər Komitəsi AFFA-nın bütün layihələrində, müzakirələrində fəal iştirak edir”.
Qeyd edək ki, “Neftçi”, “Sabah”, “Səbail”, “Turan Tovuz” və “Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə, digər komandalar isə ölkə daxilində keçirlər.