Uruqvaylı futbolçu "Barselona" klubundan ayrıla bilər

Uruqvaylı futbolçu Ronald Arauxo İspaniyanın "Barselona" klubundan ayrıla bilər.

"Olimpsport" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Kataloniya təmsilçisinin müqavilə müddətini uzatmaq təklifini rədd edib.

Almaniya çempionu "Bavariya" uruqvaylı oyunçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, Ronald Arauxo 2018-ci ildən "Barselona"da çıxış edir. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq. Daha əvvəl "Barselona" futbolçunu Münhen təmsilçisinə 100 milyon avroya satmaqda imtina edib