"Real Madrid" klubunun baş məşqçisi Arda Gülərin debütünü şərh edib
“Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti türkiyəli yarımmüdafiəçi Arda Gülərin “Arandina”ya qarşı İspaniya Kral Kuboku matçında paytaxt təmsilçisinin heyətində debütünü şərh edib.
"Olimpsport" xəbər verir ki, italiyalı mütəxəssis 19 yaşlı futbolçunun çıxışını yüksək qiymətləndirib.
“Arda Gülər yavaş-yavaş tempi artıracaq, ancaq elə ilk oyununda artıq öz səviyyəsini nümayiş etdirə bildi. Vacib olan onun geri qayıtmasıdır. Mənə inanın, Arda Gülər çox gözəl xarakterə sahibdir. Bu isə “Real Madrid” üçün mühüm məsələdir” – deyə Fabritsio Romano Ançelottinin sözlərindən sitat gətirib.
Xatırladaq ki, “Real Madrid” klubu “Arandina”ya 3:1 hesabı ilə qalib gəlib. Arda Gülər start heyətində oyuna daxil olub və 59-cu dəqiqədə Federiko Valverde ilə əvəzlənib.