“Liverpul” klubu məğlubiyyətsizlik seriyasını altı matça çatdırıb

İngiltərə kubokunun 1/32 finalında “Liverpul” Londonun “Arsenal” klubunu 2:0 hesabı ilə məğlub edib.

"Olimpsport" xəbər verir ki, görüş “Emireyts” stadionunda baş tutub.

80-ci dəqiqədə “Arsenal”ın polşalı müdafiəçisi Yakub Kivior avtoqola imza atıb. Oyuna əlavə olunan 5-ci dəqiqədə isə “Liverpul”un kolumbiyalı hücumçusu Luis Dias fərqlənib.

“Arsenal” ardıcıl üçüncü dəfə məğlub olub. Bundan əvvəl Mikel Artetanın komandası İngiltərə çempionatında iki London derbisində məğlub olmuşdu – “Fulhem” (1:2) və “Vest Hem” (0:2).

“Liverpul” isə bütün yarışlardakı məğlubiyyətsizlik seriyasını altı matça çatdırıb.

“Arsenal” ağ formada çıxış edib. Futbolçular gənclərin zorakılığına, eləcə də bıçaqdan istifadə edilən cinayətlərə qarşı “No More Red” kampaniyasına dəstək veriblər.