İngiltərə seçmə mərhələyə qələbə ilə başladı

Bu gün 2018-ci il dünya çempionatının seçmə mərhələsində (DÇ-2018) Avropa zonasında mübarizə başlayıb. Olimpsport.az xəbər verir ki, qruplarda ilk turun matçları bu gündən başlayaraq 3 gündə keçiriləcək.
 
İlk oyun günündə 9 qarşılşama olacaq və bunlar C, F, E qruplarının matçlarıdır. Azərbaycan milli komandasının yer aldığı C qrupunda hər 3 oyun bu gün olacaq. Qrupumuzda mübarizə millimizin San Marino yığması ilə səfər matçı ilə start götürüb. Bu, Avropa zonasında ilk 5 matçdan biri olub. Qrupumuzda digər 2 oyunla - Çexiya - Şimali İrlandiya və Norveç - Almaniya günə yenun vurulacaq. 
 
Reqlamentə əsasən, 54 yığma hər birində 6 komanda olmaqla, 9 qrupa bölünüb. Onlar Rusiyada keçiriləcək mundiala 13 vəsiqə uğrunda mübarizə aparacaqlar. Qrup liderləri birbaşa, ikinci yerləri tutanlardan 8 ən yaxşısı isə "pley-off" matçlarında qalan 4 vəsiqənin sahibini müəyyənləşdirəcəklər. Tarixdə ilk dəfə Kosovo və Cəbəllütariq də dünya çempionatına yüksəlməyə çalışacaq.
 
4 sentyabr
 
C qrupu
 
20:00 San Marino - Azərbaycan - 0:1 
Qol: Ruslan Qurbanov, 45
Qırmızı vərəqə: Kristian Brolli, 52 (Malta, birbaşa)
 
22:45. Çexiya - Şimali İrlandiya
 
 
22:45. Norveç - Almaniya
 
 
E qrupu
 
20:00. Danimarka - Ermənistan - 1:0
Qol: Kristian Eriksen, 17
 
20:00. Qazaxıstan - Polşa - 2:2 
Qollar: Sergey Xijniçenko, 51, 59 - Bartoş Kapustka, 9, Robert Levandovski, 35-pen
 
22:45. Rumıniya - Çernoqoriya
 
 
 
F qrupu
 
20:00. Litva - Sloveniya - 2:2 
Qollar: Fyodr Çernıx, 32, Vikintas Slivka, 34 - Rene Krhin, 77, Bostjan Sezar, 90+3
 
 
20:00. Slovakiya - İngiltərə - 0:1
Qol: Adam Lallana, 90+5 
Qırmızı vərəqə: Martin Şkrtel, 57 (Slovakiya, ikinci sarı)
 
22:45. Malta - Şotlandiya