Portuqaliyalı mütəxəssis "Beşiktaş"la müqavilə imzalamaq üçün İstanbula gəlir
"Beşiktaş" klubunun anlaşdığı baş məşqçi Fernandu Santuş bu gün Türkiyəyə gələcək.
"Olimpsport" Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı tanınmış mütəxəssis axşam saatlarında İstanbulda olacaq.
Yanvarın 9-da isə 70 yaşlı çalışdırıcı üçün rəsmi təqdimat mərasimi keçiriləcək.
“Ağ-qaralar” ötən gün təcrübəli baş məşqçi ilə razılıq əldə edib. F. Santuşun “Beşiktaş”dakı köməkçiləri isə Joau Koşta, Paulinyu, Justinyu Fernandu, Rikardu Santuş, Jorje Rosariu olacaq.