İşğaldan azad olunmuş ərazilərdə idman yarışlarının keçirilməsi planlaşdırılır
İşğaldan azad olunmuş ərazilərdə 2024-cü ildə idman yarışlarının keçirilməsi planlaşdırılır.
"Olimpsport" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
Nazir bir neçə layihə üzərində işlərin aparıldığını bildirib: “İşğaldan azad olunmuş ərazilərdə artıq yarışlar keçirmişik. Onların bir çoxu beynəlxalq turnirlər idi. Bu il üçün də planlaşdırırıq. Həmin yarışların ənənəvi olmasını istəyirik. Digər layihələrimiz də var və təqvim üzərində son işlər görülür”.