İspaniya klubunun baş məşqçisinin müqaviləsinin müddəti uzadılacaq
Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente müqaviləsinin müddətini uzadacaq.
"Olimpsport" AS nəşrinə istinadən xəbər verir ki, yeni sözləşmə martda Kolumbiya ilə yoldaşlıq oyunundan əvvəl bağlanacaq.
61 yaşlı mütəxəssisin hazırkı müqaviləsi iyulun 31-dək nəzərdə tutulub.
Qeyd edək ki, Luis de la Fuente 2022-ci ilin dekabrından komandanın "sükanı arxasındadır". O, bu postda Luis Enrikeni əvəzləyib. Yığma onun rəhbərliyi altında 2023-cü ilin yayında Millətlər Liqasının qalibi olub. İspaniya millisi Almaniyada keçiriləcək Avropa çempionatının qrup mərhələsində Xorvatiya, İtaliya və Albaniya ilə üz-üzə gələcək. Yarış 14 iyun - 14 iyul aralığında gerçəkləşəcək.