Leonardo Bonuççi "Fənərbağça"da
Türkiyənin “Fənərbağça” klubu İtaliya millisinin və Almaniyanın “Union” komandasının futbolçusu Leonardo Bonuççi ilə anlaşıb.
"Olimpsport" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi ilə 6 aylıq müqavilə imzalanacaq.
Təcrübəli oyunçunun yaxın günlərdə İstanbula gələrək yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcəyi bildirilib.
Qeyd edək ki, Leonardo Bonuççi karyerası ərzində “İnter”, “Yuventus” və “Milan” kimi İtaliya nəhənglərinin formasını geyinib. O, ötən ilin yayında “Union” klubu ilə 1+1 illik müqaviləyə imza atıb.