Tanınmış məşqçi xərçəng xəstəliyinə tutulub
İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson xərçəng xəstəliyinə tutulub.
"Olimpsport" xəbər verir ki, bunu 75 yaşlı isveçli mütəxəssis açıqlayıb.
O bildirib ki, qaçış zamanı huşunu itirdikdən sonra aparıldığı xəstəxanada bu barədə məlumatlandırılıb. Eriksson bunun sağalmaz xəstəlik olduğunu bildirib: “Bilirəm ki, ən yaxşı halda bir il, ən pis halda isə daha az vaxtım qalıb. Ancaq bacardıqca bununla mübarizə aparmalıyam”.
Qeyd edək ki, 1977-2019-cu illərdə məşqçiliklə məşğul olan Sven-Yoran Eriksson 2001-2006-cı illərdə İngiltərə yığmasını çalışdırıb.