"Konyaspor" baş məşqçisini istefaya göndərib
Türkiyənin "Konyaspor" komandası baş məşqçisi Hakan Keleşlə yollarını ayırıb.
"Olimpsport" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin sözçüsü Yunus Derabağ açıqlama verib.
O, rəhbərliyin bu qərarı qəbul etdiyini söyləyib. Klub rəsmisi yeni baş məşqçi ilə bağlı axtarışlara başladıqlarını vurğulayıb.
Qeyd edək ki, "Konyaspor" ötən gün Superliqada "Fənərbağça"ya 1:7 hesabı ilə uduzub. Komanda 19 turdan sonra turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.