Voleybol Federasiyasına Azərbaycan klubundan dəstək

“Gəncə” voleybol klubu Yüksək Liqanın VIII turunun UNEC-lə ev oyununu Tovuz şəhərində keçirəcək.

"Olimpsport" AZƏRTAC-a istinadən xəbər verir ki, Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Səxavət Quliyev məlumat verib.

O, komandanın ölkə çempionatındakı növbəti ev matçlarından bəzilərinin də başqa bölgələrdə oynanılacağını bildirib: “Azərbaycan Voleybol Federasiyası bölgələrdə bu idman növünün inkişafı üçün böyük işlər görür. Biz də buna töhfə vermək üçün bu matçı Tovuz şəhərində keçirməyi qərara aldıq”.

Qeyd edək ki, yanvarın 13-də Tovuz Olimpiya İdman Kompleksində oynanılacaq görüş saat 16:00-da başlayacaq.