"Milan"ın yarımmüdafiəçisi karyerasını Türkiyədə davam etdirəcək

Türkiyənin “Fənərbağça” klubu daha bir futbolçu transfer edib.

"Olimpsport" yerli mətbuata istinadən xəbər verir ki, İtaliya təmsilçisi “Milan”ın yarımmüdafiəçisi Rade Kruniç karyerasını İstanbul nəhəngində davam etdirəcək.

Klublar 4,5 milyon avro qarşılığında ortaq məxrəcə gəliblər. “Milan”ın CEO-su Corcio Furlani “Sky”a açıqlamasında transferin reallaşdığını təsdiqləyib. Bu gün İstanbula yollanacaq Bosniya və Herseqovina millisinin üzvü tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə 3,5 illik müqavilə bağlayacaq. 30 yaşlı Kruniçin illik məvacibinin 3,5 milyon avro olacağı gözlənilir.

Qeyd edək ki, “Fənərbağça” ötən gün italiyalı müdafiəçi Leonardo Bonuççinin transferini rəsmiləşdirib.