Türkiyədə klub prezidentinin döydüyü hakim Superliqa oyununa təyinat alıb

Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler Superliqanın XX turuna təyinat alıb.

"Olimpsport" xəbər verir ki, 37 yaşlı ədalət təmsilçisi "İstanbulspor" - "Konyaspor" matçını idarə edəcək.

Yanvarın 14-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.