Məhəmməd Salah İngiltərə klubu ilə müqavilə imzalayacaq

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə klubu ilə yeni müqavilə imzalayacaq.

"Olimpsport" xarici mətbuata istinadən xəbər verir ki, misirli futbolçu “mersisaydlılar”la yeni müqavilənin şərtlərini praktiki olaraq razılaşdırıb.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildə “Roma”dan “Liverpul”a keçib. O, bu mövsüm İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalının məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyondur.

Hazırda "Liverpul" 2023/2024 mövsümü üçün İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci yerdədir.