Azərbaycanda oynamış yarımmüdafiəçi tarixin ən yaxşı afrikalı futbolçularından hesab edilib
“FourFourTwo” nəşri tarixin ən yaxşı afrikalı futbolçularının adlarını açıqlayıb.
"Olimpsport" xəbər verir ki, siyahıya hazırda İngiltərənin "Liverpul" klubunda çıxış edən Məhəmməd Salah başçılıq edir.
İkinci sırada liberiyalı sabiq hücumçu Corc Vea qərarlaşıb. "3-lüy"ü kamerunlu keçmiş forvard Samuel Eto tamamlayır.
Növbəti mövqelərdə Didye Droqba, Yaya Ture (hər ikisi Fil Dişi Sahili), Sadio Mane (Seneqal), Riyad Mahrez (Əlcəzair), Abedi Pele (Qana), Maykl Essyen (Qana), Cey-Cey Okoça (Nigeriya) yer alıblar.
Maykl Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək Azərbaycanda “Səbail”in heyətində çıxış edib.