Azərbaycan millisinin çıxış etdiyi Türkiyə klubu Superliqada qələbəni əldən verib

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" klubunda növbəti matçına çıxıb.

"Olimpsport" xəbər verir ki, 24 yaşlı hücumçu Superliqanın XX turunda "Pedikspor"la matça start heyətində başlayıb.

Qarşılaşma 1:1 hesabı ilə bitib. Dadaşov görüşün 61-ci dəqiqəsində əvəzlənib.

Meydan sahiblərindən Manuel Rivas 47-ci dəqiqədə hesabı açıb. Qonaqlardan Leandro Kappel 90+4-cü dəqiqədə tarazlığı bərpa edib. Xallarının sayını 21-ə çatdıran "Hatayspor" hazırda 14-cü pillədə qərarlaşıb.