“Beşiktaş”dan doğma meydanında inamlı qələbə

Futbol üzrə Türkiyə Superliqasında XX tura start verilib.

"Olimpsport" xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib.

Turun maraqlı matçlarından biri İstanbulda baş tutub. "Beşiktaş" doğma meydanda “Fatih Karagümrük”lə qarşılaşıb. Görüş "qara-qartallar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Beşiktaş"ın heyətində qolları Semih Kılıçsoy, Milot Raşitsa və Gedson Fernandeş vurub.

Günün digər oyunlarında "Ankaragücü" "Kasımpaşa"nı 3:1, "Başakşəhər" "Alanyaspor"u 3:2, "Rizəspor" "Adana Dəmirspor"u 1:0 hesabı ilə məğlub edib. Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" isə doğma meydanda "Pendikspor"la 1:1 hesablı heç-heçə edib.

Turnir cədvəlinə 50 xalla "Fənərbağça" başçılıq edir. "Qalatasaray" 48 xalla 2-ci pillədədir. "Trabzonspor" 36 xalla 3-cü, "Beşiktaş" isə 35 xalla 4-cü yerdədir.