"Barselona" Messini itirdi
“Barselona” Lionel Messinin xidmətindən istifadə edə bilməyəcək. Olimpsport.az saytının məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib.
Argentinalı ulduz sol arxa baldırından zədələnib. İlkin müayinələrdən sonra müalicənin müddəti və gedişatı haqqında məlumat veriləcək.
Qeyd edək ki, Messi sonuncu dəfə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Argentina – Uruqvay (1:0) matçında 90 dəqiqə meydanda olmuş və matçın yeganə qoluna imza atmışdı.