Azərbaycan millisinin kapitanı Erlinq Holannı 2023-cü ilin ən yaxşı oyunçusu hesab edib
Azərbaycan millisinin kapitanı Emin Mahmudovun FIFA-nın ilin ən yaxşı futbolçusuna təqdim etdiyi “The Best” mükafatı üçün seçimi müəyyənləşib.
"Olimpsport" xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holannı 2023-cü ilin ən yaxşı oyunçusu hesab edib.
“Neftçi”nin kapitanı Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe və ABŞ təmsilçisi “İnter Mayami”nin argentinalı oyunçusu Lionel Messini də ilk “üçlük”də göstərib.
Qeyd edək ki, “The Best” mükafatının qalibi bu gün İngiltərənin paytaxtı Londonda keçiriləcək tədbirdə açıqlanacaq.