Bundesliqa klubu stadiona azarkeşin adını verdi – FOTOLAR
Almaniyanın "Darmştadt” klubu stadionunun adını dəyişib. Olimpsport.az xəbər verir ki, klubun stadionunun adı bundan sonra "Bellenfalltor” adlanmayacaq.
Belə ki, "Darmştadt”ın ev oyunlarını keçirəcək stadion bundan sonra "Conatan Heymes” adlanacaq. Stadionun adının dəyişdirilməsinin maraqlı səbəbi var. Klubun azarkeşi olan Conatan Heymes 26 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Rəhbərlik klubun sponsorları ilə danışıq apardıqdan sonra stadiona vəfat etmiş azarkeşin adını verib. (futbol11.az)