Futbol üzrə Qana millisinin baş məşqçisi hücuma məruz qalıb
Futbol üzrə Qana milli komandasının baş məşqçisi Kris Hyuton azarkeşin hücumuna məruz qalıb.
"Olimpsport" xəbər verir ki, xoşagəlməz hadisə Afrika Millətlər Kubokunun B qrupunda Kabo-Verde ilə keçirilmiş oyundan sonra baş verib.
Yığmanın 1:2 hesablı məğlubiyyəti ilə barışmayan qanalı fanatlardan biri komandanın qaldığı hotelin qarşısında 66 yaşlı çalışdırıcıya hücum çəkib.
Mühafizəçilər vaxtında müdaxilə edərək insidentin böyüməsinin qarşısını alıblar. Polislər hadisəni törədən şəxsi saxlayıblar.
Kot-d’İvuarda təşkil olunan Afrika Millətlər Kuboku fevralın 11-dək davam edəcək.