"Roma" baş məşqçisi ilə yollarını ayırıb
İtaliyanın "Roma" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.
"Olimpsport" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Canavarlar" portuqaliyalı mütəxəssisə təşəkkür edib.
Qeyd edək ki, Mourinyo 2021-ci ildən İtaliya klubunda işləyib. O, komanda ilə UEFA Konfrans Liqasının qalibi olub.