İspaniyadan darmadağın, Türkiyə ilk xalını qazandı
DÇ-2018-in seçmə mərhələsində ilk turun oyunları davam edir. Olimpsport.az saytının məlumatına görə, bu gün Avropa zonasında daha 9 oyun keçirilib.
D, İ və G qruplarında baş tutacaq qarşılaşmalarda 18 komanda mübarizəyə qoşulub.
D qrupunda Gürcüstan Avstriyaya məğlub oldu. Uels Moldovanı 4 cavabsız qolla məğlub etdi. Serbiya İrlandiya ilə sülh bağladı.
İ qrupunda Finlandiya - Kosovo, Xorvatiya - Türkiyə, Ukrayna - İslandiya qarşılaşmasında tərəflər hərəyə 1 xalla meydanı tərk etdi.
G qrupunda İspaniya rəqibini darmadağı etdi. İtalya səfərdə İsraildən üstün oldu. Albaniya Makedoniya oyunu isə yarımçıq dayandırıldı.
DÇ-2018
Seçmə mərhələ I tur
5 sentyabr
D qrupu
Gürcüstan – Avstriya - 1:2
Qollar: Ananidze78 - Hintereger 16, Yanko 42
Uels - Moldova - 4:0
Qollar: Voks 38, Allen 44, Beyl 51,90+5(p)
Serbiya – İrlandiya - 2:2
Qol: Hendrik 3, Dusan Tadic 69, - Nemanja Gudelj 62, Daryl Murphy 80,
İ qrupu
Finlandiya – Kosovo - 1:1
Qollar: Arajuri 18 - Berişa 61 (pen.)
Xorvatiya - Türkiyə - 1:1
Qol: Rakitiç, 45 (pen.) - Hakan Çalhanoğlu, 45+2
Ukrayna - İslandiya - 1:1
Qollar: Yarmolenko 41 - Finneboqasson 6,
G qrupu
İspaniya - Lixtenşteyn - 8:0
Qollar: Kosta 11, 66, Roberto Serxio 55, David Silva 59,90+, Vitolo 60, Morata 82,83,
Albaniya – Makedoniya - 1:1
Qol: Sadiku 9, - Alioski 51, (müvəqqəti olaraq yarımçıq dayandırılıb)
İsrail - İtaliya - 1:3
Qollar: Ben Haim, 35 - Pelle, 14, Kandreva, 31 (pen.), Ciro Immobile 83,