Xavi "Barselona" klubundan ayrıla biləcəyini söyləyib
Xavi İspaniyanın "Barselona" komandasının baş məşqçi postunu tərk edə biləcəyini söyləyib.
"Olimpsport" “Mundo Deportivo”ya istinadən xəbər verir ki, yanvarın 25-də 44 yaşı tamam olacaq mütəxəssis Kataloniya təmsilçisinin rəhbərliyinin qarşısına qoyduğu məqsədlərə nail ola bilməsə, klubu tərk edəcəyini deyib.
İspaniyalı baş məşqçi "Barselona"ya gəldiyi vaxtı xatırlayıb: "Mən buraya gələndə ən azı 4-cü yeri tutmağı tələb etdilər, ikinci olduq. Ötən il həfəf La Liqanı qazanmaq idi. Bu il isə vacib titullar - ölkə kuboku, liqa və Çempionlar Liqasıdır. Məqsədlərə çata bilməsək, gedəcəyəm. Biz uğura uğursuzluqdan daha yaxınıq".
Qeyd edək ki, Xavi ötən mövsüm "Barselona" ilə İspaniya çempionu olub. Komanda hazırda La Liqada 19 turdan sonra 41 xalla 3-4-cü yerləri bölüşdürür və lider "Jirona"dan 8 xal geri qalır.