Mateus Saldanya İtaliya A seriyasında çıxış edə bilər

“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya İtaliya A seriyasında çıxış edə bilər.

"Olimpsport" “torinogranata.it” saytına istinadən xəbər verir ki, Serbiyanın “Partizan” klubunun hücumçusu “Torino”nun maraq dairəsinə düşüb.

Turin klubu hücum xəttindəki boşluğu 24 yaşlı braziliyalı ilə doldurmaq niyyətindədir. Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi də ölkəsinin mətbuatına açıqlamasında Saldanya barədə müsbət fikirlər səsləndirib. Onu “Neftçi”nin heyətində bir neçə dəfə izlədiyini bildirən italiyalı mütəxəssis Serbiya çempionatında da yüksək performans sərgilədiyini vurğulayıb.

Qeyd edək ki, Mateus Saldanya 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Neftçi”də keçirib. Onun “Partizan”la müqavilə müddəti 2027-ci ilə qədərdir.