“Trabzonspor” klubu danimarkalı futbolçusu ilə yollarını ayırıb

Türkiyənin “Trabzonspor” klubu futbolçusu Yens Striger Larsen ilə yollarını ayırıb.

"Olimpsport" klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi 32 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, bu mövsüm 17 matçda meydanda olan danimarkalı futbolçu 2022-ci ilin yayından “Trabzonspor”da çıxış edirdi.