"Beşiktaş" Valanten Rozyeni icarəyə verib
Türkiyənin "Beşiktaş" klubu heyətdən kənarlaşdırdığı futbolçusu Valanten Rozyeni icarəyə verib.
"Olimpsport" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransa "Nitsa"sında çıxış edəcək.
Onun maaşını Liqa 1 təmsilçisi ödəyəcək. Klub həmçinin Rozyeni birdəfəlik almaq hüququna malik olacaq.
Qeyd edək ki, "Beşiktaş" ötən ilin dekabrında Valanten Rozyeni əsas heyətdən kənarlaşdırmışdı.