“Real” klubunun 22 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb

İspaniyanın “Real” klubunun 22 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.

"Olimpsport" xəbər verir ki, bu, İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Atletiko” ilə oyunda baş verib.

“Çivitas Metropolitano” stadionunda təşkil olunan Madrid derbisində “Atletiko” rəqibinə 4:2 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. Maraqlıdır ki, “Real” bütün turnirlər daxil olmaqla buna qədər sonuncu dəfə məhz “Atletiko”ya uduzmuşdu. Bu, 2023-cü ilin sentyabrında keçirilən La Liqa matçına (1:3) təsadüf edib.

Karlo Ançelottinin yetirmələri əvvəlki 22 görüşün 18-də qələbə qazanıb, 4 dəfə meydanı məğlub tərk ediblər.

Qeyd edək ki, “Atletiko” ilə yanaşı, “Barselona”, “Jirona”, “Real Sosyedad”, “Selta”, “Malyorka”, “Atletik” və “Sevilya” Kral Kubokunda 1/4 finala adlayıblar.