Afrika Kubokunda Misir Qana ilə heç-heçə edib, Nigeriya ilk qələbəsini qazanıb
Kot-d'İvuarda təşkil olunan Afrika Millətlər Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları davam edir.
"Olimpsport" xəbər verir ki, dünən A və B qruplarında matçlar keçirilib.
A qrupunda Ekvatorial Qvineya millisi Qvineya-Bissau seçməsinə 4:2, Nigeriya yığması isə Kot-d'İvuara 1:0 hesabı ilə qalib gəlib.
B qrupunda isə bir oyun keçirilib. Turnirin favoritlərindən sayılan Misir millisi Qana ilə 2:2 hesablı heç-heçə edib.
Fevralın 11-dək davam edəcək Afrika Millətlər Kubokunun mükafat fondu 7 milyon ABŞ dollarıdır.