Qaydaları pozduqlarına görə iki futbolçu komandadan kənarlaşdırılıb
Türkiyənin "Trabzonspor" klubu iki futbolçusunu cəzalandırıb.
"Olimpsport" klubun rəsmi saytına istinadən xəbər verir ki, Abdulkadir Ömür və Umut Bozok daxili intizam qaydalarını pozduqları əsas komandadan kənarlaşdırılıblar.
Hər iki oyunçu mövsümün qalan hissəsində kollektivdən ayrı məşq edəcək.
Qara dəniz təmsilçisi sözügedən futbolçularla bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, "Trabzonspor" Türkiyə Superliqasında 37 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.