Yarımçıq dayandaırılan Albaniya - Makedoniya görüşünün qalibi müəyyənləşdi
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Albaniya və Makedoniya komandaları arasında ötən gün yarımçıq qalan qarşılaşma bü gün davam etdirilib.
Olimpsport.az xəbər verir ki, 77-ci dəqiqədə hava şəraitinə görə dayandırılan qarşılaşmanın davamı "Qarabağ"ın futbolçusu Ansi Aqollinin komandası üçün uğurlu olub.
Belə ki, qalan 13 dəqiqə ərzində meydan sahibləri qələbə topunu vurub. Bekim Balaj 89-cu dəqiqədə Albaniyaya qələbə qazandıran qolu vurub - 2:1.
Qeyd edək ki, "Neftçi"nin futbolçusu Vançe Şikov da sözügedən qarşılaşmada Makedoniya millisinin heyətində Aqolliyə qarşı mübarizə aparb.