Yeniyetmələr arasında Azərbaycan birinciliyində qarışıq komanda yarışı keçirilib
Cüdo üzrə yeniyetmələr (U-18) arasında Azərbaycan birinciliyinin qarışıq komanda yarışı keçirilib.
"Olimpsport" xəbər verir ki, yarışda 8 komandadan 72 idmançı medallar uğrunda mübarizə aparıb.
Qızlar 48 kq, 63 kq və +63 kq, oğlanlar isə 60 kq, 81 kq və +81 kq çəki dərəcələrində güclərini sınayıblar. Yarışın final görüşü Bakı şəhəri 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ilə "Təhsil" Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi arasında keçirilib.
"Təhsil" Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 4:3 hesabı ilə qalib gələrək komanda yarışının kubokunu və qızıl medallarını qazanıb. Bakı şəhəri 13 saylı İOEUGİM 2 və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi üçüncü olublar.