Rahil Məmmədovun yeni komandasının yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun yeni komandası olan Polşa LKS-nin qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib.
"Olimpsport" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün Türkiyəyə yollanacaq Lodz təmsilçisi orada 4 sınaq matçı keçirəcək.
Pyotr Stokovieçin yetirmələri Qazaxıstanın “Atırau” (23 yanvar), Serbiyanın “Radniçki” (26 yanvar), Cənubi Koreyanın “Qanqvun” (30 yanvar) və Şimali Makedoniyanın “Struqa” (2 fevral) kollektivləri ilə qarşılaşacaqlar. “Qarabağ”dan LKS-ə keçən Rahil Məmmədovun bu gün komandaya qoşulması gözlənilir.
Qeyd edək ki, LKS Polşa Ekstraklasasında 18 turdan sonra 10 xalla sonuncu pillədə qərarlaşır.