Cordan Henderson forma satışında rekorda imza atıb

Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubundan ayrılaraq "Ayaks"a keçən Cordan Hendersonun transferi azarkeşləri sevindirib.

"Olimpsport" xəbər verir ki, Niderland təmsilçisi 33 yaşlı yarımmüdafiəçinin keçidini açıqladıqdan sonra 24 saat ərzində forma satışında rekorda imza atıb.

Daha çox “Ayaks”, “Liverpul” azarkeşləri, eləcə də Asiya qitəsindən olan futbolsevərlər ingiltərəli oyunçunun formasını sifariş ediblər.

C. Henderson daha əvvəl “Ayaks”a transfer olan komandanın sabiq futbolçuları Duşan Tadiç və Deyli Blindin formalarının satışındakı rekordu qırıb.

Qeyd edək ki, Amsterdam klubu ilə 2,5 illik müqavilə imzalayan Cordan Henderson ötən ilin yayında “Liverpul”dan 14 milyon avroya “Əl-İttifaq”a keçmişdi.