İvan Perişiç yeni komandasında 1 avro maaş alacaq
İngiltərənin “Tottenhem” klubundan icarə əsasında “Hayduk”a keçən İvan Perişiç aylıq 1 avro maaş alacaq.
"Olimpsport" KİV-lərə istinadən xəbər verir ki, 34 yaşlı xorvatiyalı yarımmüdafiəçi yetirməsi olduğu Split təmsilçisi ilə mövsümün sonunadək simvolik müqavilə bağlayıb.
Zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan futbolçu aprel ayından sonra yeni klubunda debüt edəcəyini deyib.
Qeyd edək ki, bu ilin yayında “Tottenhem”lə müqavilə başa çatacaq İvan Perişiç karyerası ərzində “Boussiya” (Dortmund), “Volfsburq”, “İnter” və “Bavariya” kimi tanınmış komandaların formalarını geyinib. O, mövsüm sonunda isə azad agent olaraq “Hayduk”a keçəcək.