İspaniya klubu Serxio Qonzalesi istefaya göndərib
İspaniyanın “Kadis” klubu baş məşqçisi Serxio Qonzalesi istefaya göndərib.
"Olimpsport" La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, XXI turda “Alaves”ə 0:1 hesablı məğlubiyyətdən sonra rəhbərlik bu qərara gəlib.
47 yaşlı mütəxəssis 2022-ci ilin yanvarından elita komandasına rəhbərlik edirdi. “Kadis” baş məşqçi postuna Rusiyanın “Spartak” (Moskva) klubunun çalışdırıcısı Gilyermo Abaskalı təyin etməyə çalışır.
Qeyd edək ki, “Kadis” 21 turdan sonra 15 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşır.