Ronaldu zədə səbəbindən Messinin komandasına qarşı oyunu buraxa bilər
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldunun Lionel Messinin formasını geyindiyi ABŞ təmsilçisi "İnter Mayami"yə qarşı yoldaşlıq oyununu buraxmaq ehtimalı var.
"Olimpsport" AS nəşrinə istinadən xəbər verir ki, buna 38 yaşlı hücumçunun zədələnməsi səbəb olub.
Baldır əzələsindən xəsarət alan portuqaliyalı forvardın bərpa müddəti bir neçə həftə çəkə bilər.
Qeyd edək ki, "Əl-Nəsr" - "İnter Mayami" görüşü fevralın 1-də Ər-Riyada olacaq.