Asiya Kuboku: Səudiyyə Ərəbistanı millisi pley-offa vəsiqə qazanıb
Futbol üzrə Asiya Kubokunun qrup mərhələsinin ikinci turu çərçivəsində F qrupunda mübarizə aparan Qırğızıstan və Səudiyyə Ərəbistanı milli komandaları arasında keçirilmiş oyunda Yaxın Şərq təmsilçisi qalib olub.
"Olimpsport" xəbər verir ki, matç Qətərin Ər-Rayan şəhərinin Əhməd Bin Əli stadionunda baş tutub.
Yaponiyalı Dzümpei İidanın rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi oyunda iki qol vurulub. 35-ci dəqiqədə Məhəmməd Kano və 84-cü dəqiqədə Veysəl Əl-Həmdi Mərkəzi Asiya təmsilçisini məyus edərək səudiyyəlilərin qələbəsini təmin ediblər.
Qeyd edək ki, oyunun hələ 9-cu dəqiqəsində Qırğızıstan millisi azlıqda qalıb. 52-ci dəqiqədə isə meydandan qovulan qırğızıstanlıların sayı ikiyə çatıb.
Günün digər oyununda Tailand və Oman heç-heçəyə razılaşıblar – 0:0.
Beləliklə, Səudiyyə Ərəbistanı millisi 6 xal toplayaraq 1/8 finala vəsiqəni təmin edib. F qrupunda növbəti pillələrdə Tailand (4 xal), Oman (1), Qırğızıstan (0) qərarlaşıblar.