“Fənərbağça”nın futbolçusu Fred bir aydan çox oynamayacaq
Türkiyənin “Fənərbağça” klubunun aparıcı futbolçusu Fred bir aydan çox komandasına kömək edə bilməyəcək.
"Olimpsport" “TRTspor”a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Superliqanın XXI turunda “Samsunspor”la (1:1) oyunun 87-ci dəqiqəsində zədələnərək əvəzlənib.
Bu gün tibbi müayinədən keçən 30 yaşlı orta sahə oyunçusunda sağ ayağın bud nahiyəsinin ön hissəsində vətərin qopması aşkarlanıb. Həkimlər onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.
Qeyd edək ki, Fred cari mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 6 məhsuldar ötürmə verib.