Futbol üzrə Asiya Kubokunun 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları davam edir.

"Olimpsport" xəbər verir ki, ötən gün B və C qruplarında növbəti qarşılaşmalar keçirilib.

B qrupunda iki matç baş tutub. Avstraliya və Özbəkistanın üz-üzə gəldiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra Avstraliya 7 xalla qrup birincisi, Özbəkistan 5 xalla ikinci olaraq pley-offa adlayıb.

Qrupun digər görüşündə Suriya Hindistana minimal hesabla qalib gəlib - 1:0.

C qrupunda isə İran millisi Birləşmiş Ərəb Əmirliklərini 2:1 hesabı ilə üstələyərək maksimum xalla növbəti mərhələyə vəsiqəni təmin edib.

Günün son qarşılaşmasında Fələstin yığması Honkonqu 3 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.