UEFA prezidenti İngiltərə klubunun Maliyyə Feyr-Pley qaydalarını pozduğuna əmindir

UEFA prezidenti Aleksander Çeferin İngiltərənin “Mançester Siti” klubunun Maliyyə Feyr-Pley (FFP) qaydalarını pozduğuna əmindir.

"Olimpsport" xəbər verir ki, sloveniyalı futbol funksioneri 2020-ci ildə “şəhərlilər”i cəzalandırmaqla düzgün qərar verdiklərini düşünür.

İdman Arbitraj Məhkəməsi (CAS) qərarı ləğv etsə də, Çeferin haqlı olduqlarını bildirib: “Haqlı olduğumuzu düşünməsək, bu qərarı verməzdik. 25 il məhkəmə vəkili kimi çalışmışam və bilirəm ki, bəzən uduzacağınıza əmin olduğunuz bir işi udursunuz, bəzən isə əksinə”.

Qeyd edək ki, UEFA 2020-ci ildə “Mançester Siti”ni Maliyyə Feyr-Pley qaydalarını pozduğuna görə 2 il müddətinə avrokuboklardan kənarlaşdırmışdı. Lakin sonradan İdman Arbitraj Məhkəməsi Premyer Liqa klubunun şikayətini müsbət qiymətləndirərək, cəzanı ləğv etmişdi.