Messi zədəsindən danışdı
"Barselona"nın futbolçusu Lionel Messi zədəsinin son durumu haqda məlumat verib.
Olimpsport.az xəbər verir ki, ulduz futbolçu durumun ciddi olmadığını deyib:
"Xırda şeylərə görə narahat olmağa ehtiyac yoxdur. Mənə yüngülləşdirilmiş rejimdə məşq etmək və həkimlərin nəzarəti altında işləmək lazımdır. Dəstək olan hər kəsə təşəkkür edirəm".